Bu adamı heç kim dayandıra bilməz

Glenn Cunninghamın 5 yaşında ayaqları dəhşətli bir şəkildə yandıqdan sonra şikəst olmuş və həyatının qalanını əlil arabasına məhkum keçirər düşüncəsi ilə həkimlər tərəfindən öz halına buraxılmışdı. «Bir daha yeriməsi mümkün deyil. Heç şansı yoxdur» demişdilər. Həkimlər ayaqlarını yoxlamışdılar amma Glenin ürəyini diqqətə almamışdılar.
Ardı →

Birinci qanun:Heç vaxt özünü rəhbərdən yüksək tutma

Qanunun məzmunu

Həmişə rəhbərin yuxarıda özünü rahat hiss etməsinə nail olmağa çalışın.Öz istedadınızı nümayiş etdirərək onun yoluna çıxmaqda və ya özünüz haqqında yaxşı təəssürat yaratmaqda çox da uzağa getməyin.Yoxsa əks nəticəyə düçar olmaq təhlükəsi əmələ gələr:onlarda qorxu və inamsızlıq hissi yaradarsız.
Rəhbərinizi məcbur edin ki,onlar özlərinə əslində olduqlarından daha əzəmətli görünsünlər.

Ardı →

Həyatın 40 vacib qaydası

1. Ucuz avtomobildən istifadə et, amma ala biləcəyin ən gözəl evi al.
2. Maraqlı üç lətifə öyrən.
3. Sevinclərini heç vaxt təxirə salma.
4. Həyat yoldaşını çox yaxşı seç. Çünki bu seçim xoşbəxtliyinin və ya bədbəxtliyinin 90 faizini meydana gətirər.
5. Hər gün 30 dəqiqə piyada gəz.
6. Hər yeməkdən əvvəl şükr et.


Ardı →

Tənqid etmək taktikası

Qarşıdakının sizin tənqidləri sağlam şəkildə həzm etməsini istəyirsinizmi? Heç bir inciklik olmadan sizi dinləməsini və eşitməsini təmin etmək istəyənlər buyurun oxuyun. Tənqid etməyin 10 üsulu.


1. Baş vermiş hadisəni tənqid et, onu törədəni yox.


Qarşıdakı insan anlamalıdır ki, heç də o, pis və bacarıqsız adam deyil. “ Sən həmişə beləsən”, “ Səndən başqa şey heç gözləmirdim” kəlmələrini unudun.


2. Sözü təklikdə deyin.


Unutmayın ki, adam yanında qarşıdakının səhvini deyiriksə o, pərt olur. Nəticədə də inciklik, qanqaraçlıq baş verir. Ona görə də sözünüzün kəsəri olsun deyə sözünüzü vaxtında, düzgün zamanda və uyğun şəraitdə- təklikdə deyin.


Ardı →

Özünüz üçün yaşayın :)

Bir zamanlar 1 oğlu və 1 eşşəyi olan kasıb bir ər-arvad varmış. İmkanlarını daha yaxşıya aparmaq və dünyanı tanımaq üçün şəhər-şəhər gəzməyə qərar vermişlər və kiçik oğullarını eşşəklərinin kürəyinə mindirib yola düşmüşlər.

İlk gəldikləri kənddə insanların arxalarından ''bu tərbiyəsiz uşağa baxın! Özü eşşəyin kürəyində rahatca gedərkən, yazıq ana və atası qan tər icində piyada gedirlər! '' dediklərini eşitmişlər.
Davamı →

Hakimiyyətin 48 Qanunu -The 48 Laws of the Power (Robert Greene)

İtalyan astronom və riyaziyyatçı Qalileyin Yupiterin peyklərini kəşf etməsini, General Otto von Bismarckın alman milli birliyini qurmasını, məşhur fransız kralı 14-cü Louisin bütün dəyişikliklər fonunda səssiz qalmağını, şahmat çempionu Boris Spasskynin rəqiblərini qeyri-adi şəkildə məğlub etməsini, Məhəmməd Əlinin boks taktikalarını başa düşmək olduqca çətindir… Bütün bunlar güc oyununun görünməz tərəfi-strategiya ilə bağlıdır...
Sun-Tsunu «Müharibə sənəti» əsəri ilə müqayisə edilir və Machiavellinin "Şahzadə" əsərinə mövzu olaraq yaxındır


Bu qanunlar, hakimiyyət haqqında yazılmış ən mənəviyyatsız, qalmaqallı, təkəbbürlü və ən doğruçu qanunlardır. Özü də hakimiyyət deyəndə, müəllif prezident hakimiyyətindən tutmuş, gündəlik həyatda, ailədə hakimiyyətə qədər hər birini nəzərdə tutur. Bu qanunlarla tanişlıqdan sonra, siz «kiçik» rəhbərlərin və «böyük» hökmdarların sözlərinin və hərəkətlərinin arxasında hansı motivlərin durduğunu asanlıqla başa düşəcəksiniz.

Davamı →

Hazırlıq proqramı necə olmalıdır?

Həftəlik dərs oxuma proqramını hazırlayarkən, gündəlik fəaliyyətinizi həftənin hər günü üçün ayrı-ayrı nəzərdən keçirməlisiniz. İstifadə edilə bilən proqram hazırlamaq üçün fəaliyyətinizi real olaraq proqramınızda əks etdirməlisiniz. Keçmişdə uğur əldə etmək üçün təklif olunan düşüncə “Oxumaq, oxumaq və yenə də oxumaq” şəklində idi. Halbuki günümüzdə çox oxumaq əvəzinə, “Təsirli və planlı şəkildə hazırlaşmaq” şüarı daha məqsədə uyğundur. Təsirli və planlı hazırlıq proqramının içərisində əyləncə, istirahət, ailəyə və sevdiklərinizə də vaxt ayırmaq mümkündür.
Bu proqramı 3 mərhələdə hazırlaya bilərsiniz:
Ardı →

Plansız oxumayın!

Bədbin düşüncələrdən uzaqlaşın, nikbin düşünün!...
İmtahan üçün nikbin şeylər düşünün, “imtahanı ölüm–qalım savaşına çevirməyin.” İmtahanda uğur əldə etməyəcəyiniz düşüncəsi sizə şəxsiyyət olaraq dəyərsiz, heç bir işə yaramayacaq bir insan olacağınız təəssüratını bağışlamasın. Uğur əldə etmənin başlıca məqsədiniz olduğunu, bu halda başqa seçimlərinizin də ola biləcəyini özünüzə tətbiq edin.
Keçmişdəki uğursuzluqlarınızı deyil, uğurlarınızı düşünün. Özünüzə aid bədbin düşüncələr əlinizi, qolunuzu bağlayar və sizi ruhdan salar. Uğursuzluqlarınızın səbəbini araşdırın, tapın və qarşısını alın. İmtahanlardakı uğurlarınızla mənəvi dəyərlərinizi bir tutmayın. İmtahanlarda tətbiq olunan testlər mənəviyyat testləri deyil, informasiya və məlumat testləridir.
Ardı →

Faydalı hazırlaşmaq!

Hazırlıq vaxtı-bir dəfə hazırlaşmaq üçün ayrılan vaxt ən az 45 dəqiqə ən çox isə 90 dəqiqə olmalıdır. Qısa aralar verərək edilən 1-2 saatlıq hazırlıq heç ara vermədən edilən 5 saatlıq hazırlıqdan daha faydalıdır. Əsas istifadə edilən vaxt deyil, o vaxtı necə dəyərləndirdiyindir. Hər gecə yatmamışdan əvvəl və hər səhər qalxdıqdan sonra 15-20 dəqiqə təkrar etməlisiniz. Bu, öyrəndiklərinizin möhkəmlənməsi üçün vacibdir.
Ardı →

Öyrəndiklərinizi rejimli şəkildə təkrar edirsinizmi?

Hafizəmizə çatan bir məlumatı özümüz üçün lazımlı etməyib, nizamlı aralıqlarla təkrar etməsək, qısa müddətdə unudarıq. Bütünlüklə öyrənilmiş məlumatları belə 24 saat ərzində təkrarlamasaq, 70% — ə qədərini unudarıq.

Təkrar necə tətbiq edilir?

• Oxuma prosesinin sonunda ediləcək 5 dəqiqəlik təkrar məlumatın 1 gün qorunmasını təmin edir.
• Öyrəndikdən 24 saat sonra ediləcək 10 dəqiqəlik təkrar oxuduqlarınızın 1 həftə yaddaşda qalmağına kömək edir.
• 1 həftə sonra edilən 20 dəqiqəlik təkrar öyrənilənlərin 1 ay yaddaşda qalmağına kömək edir.
Ardı →